Həmməruzəçilər Azərbaycana gəliblər
21 yanvar 2014 10:48 (UTC +04:00)

Həmməruzəçilər Azərbaycana gəliblər

AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Cozef Debono Qrex və Pedro Aqramunt Azərbaycana gəliblər.


 

APA-nın məlumatına görə, səfər çərçivəsində həmməruzəçilər ölkənin AŞ qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi vəziyyətini araşdıracaq, bir sıra görüşlər keçirəcəklər.

 

Həmməruzəçilərin Prezident Administrasiyasının rəhbəri, ədliyyə naziri, baş prokuror, Ali Məhkəmənin sədri, Milli Məclisdə təmsil olunan və olunmayan müxalifət partiyalarının təmsilçiləri, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşləri nəzərdə tutulur.

 

Bundan başqa, P. Aqramunt və J. D. Qrex Naxçıvan Muxtar Respublikasına səfər edəcəklər. Onların Naxçıvan MR Ali Məclisinin sədri və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşləri olacaq.

 

Səfərin sonunda - yanvarın 23-də həmməruzəçilər Avropa Şurasının Bakı ofisində mətbuat konfransı keçirəcəklər.

 

Xatırladaq ki, həmməruzəçilərin Azərbaycanın AŞ qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinə dair məruzəsi ötən il AŞPA-nın yanvar sessiyası çərçivəsində qəbul olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 373
avatar

Oxşar yazılar