BMT Baş katibi Azərbaycana dəvət ediləcək
19 mart 2014 15:43 (UTC +04:00)

BMT Baş katibi Azərbaycana dəvət ediləcək

0

 

Martın 20-də gənclər və idman naziri Azad Rəhimov ABŞ-a rəsmi səfərə yollanacaq. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əsas məqsəd 28 - 30 oktyabrda Bakıda Gənclər və İdman Nazirliyi, BMT Baş katibinin gənclər üzrə elçisi, YUNESCO, Avropa Şurası, BMT-nin İctimaiyyətlə Əlaqələr şöbəsi ilə birlikdə keçiriləcək Gənclər Siyasəti üzrə I Qlobal Forumuna ikinci hazırlıq toplantısına qatılmaqdan ibarətdir.

 

Səfər çərçivəsində nazirin Qlobal Forumun Bakıda keçirilməsinə dəstək göstərən və özünün 5 illik prioritetlərində gənclərlə işi xüsusi vurğulayan BMT-nin baş katibi Pan Gi-Muna rəsmi dəvət məktubunu təqdim etməsi də nəzərdə tutulub.

  

24 - 26 martda A. Rəhimovun BMT baş katibinin gənclər üzrə elçisinin ofisi tərəfindən ABŞ-ın aparıcı təhsil ocaqlarından olan Kolumbiya Universitetində "Gənclərin qeyri-bərabərliyi və marqinallaşmasının daha yaxşı anlamına doğru" mövzusunda təşkil edilmiş konfransda çıxışı da nəzərdə tutulub.

 

Eyni zamanda səfər zamanı nazirin BMT-nin İnkişaf Proqramının Administrasiya rəhbəri Helen Klark, BMT baş katibinin məlumat və ictimai əlaqələr üzrə nümayəndəsi Piter Launski-Tiffental və digər şəxslərlə rəsmi görüşləri planlaşdırılıb. BMT baş katibinin gənclər üzrə elçisi Əhməd Əlhəndəvi ilə görüş zamanı Gənclər və İdman Nazirliyi ilə BMT baş katibinin gənclər üzrə elçisinin ofisi arasında Anlaşma Memorandumunun imzalanacağı nəzərdə tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 662

Oxşar yazılar