Bələdiyyə seçkilərinə dair yekun seçici siyahıları mayda hazır olacaq
17 mart 2014 16:18 (UTC +04:00)

Bələdiyyə seçkilərinə dair yekun seçici siyahıları mayda hazır olacaq

0

“Mərkəzi Seçki Komissiyası bütün seçkilərə olduğu kimi, bələdiyyə seçkilərinə də ciddi hazırlaşır”. Bunu Lent.az-a açıqlamasında MSK-nın Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib.

 

Ş. Əsədli qeyd edib ki, MSK Seçki Məcəlləsinə əsasən, hər il olduğu kimi bu ilin yanvar ayından may ayının sonunadək seçici siyahılarının dəqiqləşdirilməsi prosesini həyata keçirir: “May ayında seçici siyahısı ilə bağlı məlumat veriləcək”.

 

MSK sözçüsü onu da vurğulayıb ki, bələdiyyələrin sayında dəyişiklik edilib-edilməməsi ilə bağlı onlarda məlumat yoxdur.

 

Qeyd edək ki, indiyə qədər Azərbaycanda 3 dəfə (1999, 2004, 2009-cu illər) bələdiyyə seçkiləri keçirilib. Növbəti bələdiyyə seçkisi isə bu ilin dekabr ayında keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 586

Oxşar yazılar