Bayram Səfərov: “İcmalar arasında danışıqlar getməlidir” - YENİLƏNİB
20 yanvar 2014 13:54 (UTC +04:00)

Bayram Səfərov: “İcmalar arasında danışıqlar getməlidir” - YENİLƏNİB

“Biz Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların aparılmasını istəyirik”.

APA-nın məlumatına görə, bunu “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.

 

B. Səfərov bildirib ki, bütün hallarda istər Azərbaycan, istər Ermənistan icmaları arasında danışıqlar getməlidir ki, ortada konkret nəticə olsun: "Danışıqların son mərhələsi odur ki, biz Şuşada olaq. Bu mütləq olacaq. Hamınız şahidsiniz ki, prezidentimiz bütün yüksək tribunalardan hər zaman bəyan edir ki, heç bir halda Azərbaycan torpaqlarının bir qarışı düşmənə verilə, ikinci Ermənistan respublikası yaradıla bilməz. Azərbaycanın üçrəngli bayrağı Dağlıq Qarabağda, Şuşada, Xankəndidə və bütün işğal altında olan torpaqlarda dalğalanacaq. Mən prezidentimizin apardığı siyasətə inanıram”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 749
avatar

Oxşar yazılar