Azərbaycanın Avropa Şurasındakı sədrlik dövrü ilə bağlı Fəaliyyət planı hazırlanır
20 yanvar 2014 13:54 (UTC +04:00)

Azərbaycanın Avropa Şurasındakı sədrlik dövrü ilə bağlı Fəaliyyət planı hazırlanır

Azərbaycanın Avropa Şurasındakı sədrlik dövrü ilə bağlı Fəaliyyət planı hazırlanır.

 

APA TV-nin xəbərinə görə, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, tədbirlər planı və digər sənədlər Azərbaycanın sədrliyindən əvvəl qəbul olunacaq. Onun sözlərinə görə, AŞ PA-nın qış sessiyasında birbaşa Azərbaycanla bağlı məsələnin müzakirəsi yoxdur: "Ancaq qarşıdan gələn bütün sessiyalar bizim üçün çox vacib və əhəmiyyətlidir. Ona görə ki, may ayının sonundan başlayaraq, iyun ayından Azərbaycan artıq AŞ-ə sədrlik edəcək və 2014-cü ilin sonuna qədər sədrlik Azərbaycanda olacaq. Yanvar sessiyası bizim üçün əhəmiyyətlidir. Ona görə ki, bu sessiyada AŞPA-nın yeni prezidenti seçiləcək və Azərbaycan öz aktiv mövqeyini bildirəcək".

 

Səməd Seyidov həmçinin 20 Yanvar faciəsinin hər zaman Avropa Şurası Parlament Assambleyasının diqqət mərkəzində olduğunu və bunula bağlı müvafiq qətnamələrin qəbul olunduğunu bildirib.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 642
avatar

Oxşar yazılar