“Dəmir İpək Yolu”nu kim açacaq? ”
14 mart 2014 16:33 (UTC +04:00)

“Dəmir İpək Yolu”nu kim açacaq? ”

0

“Bakı-Tiflis-Qars və Pakistan-İran-Türkiyə dəmir yolu layihələrinin həyata keçirilməsi ilə biz yeni bir İpək Yolunu - “Dəmir İpək Yolu”nu açmış olacağıq və Çini İran, Azərbaycan və Türkiyə ərazi vasitəsilə Avropa ilə birləşdirəcəyik”.


 

APA-nın “TRT Türk”ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Van şəhərində keçirilən Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra jurnalistlərə açıqlamasında Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu deyib.

 

O ümidvar olduğunu bildirib ki, bütün bu layihələrin icrası region xalqlarının rifahının yaxşılaşdırılması üçün önəmli olacaq.

 

Ə.Davudoğlu həmçinin əlavə edib ki, planda Bakı-Tiflis-Qars dəmir yolunun Naxçıvan-Culfa-Təbriz dəmir yolu ilə birləşdirilməsi də var.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 799

Oxşar yazılar