Bir qrup amerikalı arxeoloqlar 2013-cü ildə Misirdə 60 tonluq türbə aşkarlayıblar.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, alimlərin dəyərləndirməsinə əsasən, bu qəbir təxminən 3800 il öncə yaşamış Sebekxotep firona mənsubdur.
Onlar qəbirdə tapılan plitlərin fraqmentlərindən fironun adını müəyyən edib. Orada Birinci Sebekxotepin taxtda oturduğu təsvir edilib.
Nəslinin XIII olan I Sebekxotep haqda araşdırmaçıların məlumatının az olduğu bildirilib.
Bundan başqa kvarsitdən olan sarkofaqda arxeoloqlar daxili orqanların qorunması üçün damarların fraqmentlərini, eləcə də firona məxsus qızıldan əşyalar aşkarlanıb.