Televiziya ulduzlarının iştirak etdiyi La isla de las tentaciones ("Şirnikdirici ada”) realit-şousunun qeyri-leqal əyləncəsi qrup halında təcavüzla nəticələnib.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, polis araşdırmaya başlayıb.
Madrid vilayətinin Kolmenarxo bələdiyyəsində bir həftə əvvəl keçirilən gecədən hüquq-mühafizə orqanları indi xəbər tutub. Məlumata görə, kirayəyə götürülən evə teleşou iştirakçıları da olmaqla 50-yə yaxın adam yığışıb.
Qonaqlar təyin olunmuş qaydalara əməl etməyiblər: hamı maskasız olub. Ev sahibi polisi çağırıb və məclis dağılıb.
Polisin verdiyi məlumata görə, onların gəlişindən əvvəl evdə bir cinsi münasibət olub. Ondan sonra dəstə tərəfindən təcavüzə məruz qalan bir qız polisə müraciət edib. Onun sözlərinə görə, ona içki təklif olunub, bundan sonra huşsuz vəziyyətə düşüb və sonra zorla bir neçə kişi ilə cinsi əlaqəyə girməyə məcbur edilib.