"Perseverance", kəşfiyyat vasitəsi
24 fevral 2021 09:10 (UTC +04:00)

"Perseverance", kəşfiyyat vasitəsi

Marsdan gələn görüntülər saxta çıxdı

NASA tərəfindən aylar əvvəl göndərilən kəşfiyyat vasitəsi " Perseverance" bu yaxınlarda uğurla Marsa enib.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, enişdən sonra “Qırmızı Planetdən” görüntüləri paylaşmağa başlayan kəşfiyyat vasitəsi o vaxtdan bəri Mars səthində işləyir. Əlbətdə ki, bu vəziyyət kosmosla maraqlanan və maraqlanmayan demək olar ki, hər bir sosial media istifadəçisinin diqqətini çəkir.

Enişdən az sonra “Perseverance” Yerə səs və video göndərdi. Məşhur türk araşdırma platforması Teyit.org sözügedən videonun gerçək olub olmadığını araşdırmağa başlayıb. Çoxsaylı əvvəlki tədqiqatlar kimi, bu araşdırmanın da təəssüf ki, saxta olduğu ortaya çıxıb. Başqa sözlə, həm “Perseverance” çəkildiyi deyilən video, həm də sözügedən səslər həqiqəti əks etdirmir.

“Teyit.org”un apardığı araşdırmaya görə video diqqətlə izlənildiyi təqdirdə həqiqəti əks etdirmədiyi başa düşülür. Çünki sözügedən videoda göstərilən kosmik tədqiqat vasitəsinin “Perseverance” deyil, “Curiosity” olduğu asanlıqla görülə bilir (25. saniyə). 2012-ci ildə Mars səthinə düşən Curiosity kəşfiyyat vasitəsinin səsyazma xüsusiyyətinə malik olmadığını müəyyənləşdirən Teyit.org sözügedən paylaşımın həm görüntü, həm də səs baxımından təsvir olunduğu kimi olmadığını açıqlayıb. 

# 2148
avatar

Oxşar yazılar