Koronavirus pandemiyasının yaratdığı problemlərə baxmayaraq, almanlar cinsi həyatdan nəinki əziyyət çəkib, hətta yaxşılaşıb.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, bunu Berlindən olan psixoterapevt Volfgang Kryuqer, anket nəticələrinə və alış-verişə istinad edərək deyib.
Keçən ilin noyabrında elan edilən ikinci məhdudiyyət zamanı Almaniyada erotik məhsulların satışları 170 faiz artıb. Ən populyar məhsullar prezervativ və seks oyuncaqları olub.
“Seksoloqlar koronavirusun Almaniyadakı cütlüklərin cinsi həyatına təsirini araşdırıblar və gözlənilməz nəticələrə gəliblər. Ekspertlərin fikrincə, koronavirus cinsi əlaqə üçün pis vaxt deyil, əksinədir. Ümumiyyətlə, bu təcridetmə zamanı insanlar bir-birləri ilə daha çox yatırlar. Cinsi həyatın cütlüklərin 50 faizdən çoxunda yaxşılaşdığını təxmin edirik”, - Kryuqer vurğulayıb.
Ekspertin fikrincə, məcburi məhdudiyyətlər, birlikdə yaşayan insanların bir-birləri ilə daha çox vaxt keçirmək məcburiyyətində qalmasına gətirib çıxarıb və bu, əksər hallarda daha yaxşı əlaqələrə və nəticədə daha çox cinsi fəaliyyətə səbəb olur.
Bundan əlavə, Kryuqer böhran dövründə cinsi cazibənin daim artdığını xatırladıb, çünki yaxın münasibətlər insanlara özlərini daha etibarlı hiss etmək imkanı verir.