Xərçəngdən əziyyət çəkən   Əməkdar artistdən YENİ XƏBƏR
05 yanvar 2023 15:07 (UTC +04:00)

Xərçəngdən əziyyət çəkən Əməkdar artistdən YENİ XƏBƏR

Xərçəngdən əziyyət çəkən Əməkdar artist Gülbahar Şükürlüdən yeni xəbər var.

Lent.az-ın əməkdaşı onun səhhəti ilə maraqlanmaq üçün qarmon ifaçısı ilə əlaqə saxlayıb. 

Gülbahar xanım səhhətinin yaxşı olduğunu deyib: 

"Yaxşıyam, şükür. Bir qədər əvvəl Mərkəzi Klinikada kimyaterapiyalar aldım. İndi də evdə müalicə alıram. Nigaran qalan, maraqlanan hər kəsə təşəkkürümü bildirirəm".

Qeyd edək ki, aparıcı Zaur Kamal efirdə Gülbahar Şükürlü üçün sənət adamlarından maddi dəstək istəmişdi. Əməkdar artist beynindəki bədxassəli şişə görə bir neçə il əvvəl əməliyyat olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2931
avatar

Nigar Namiq

Oxşar yazılar