Tanınmış teleaparıcı efirə qayıdır
11 oktyabr 2015 10:55 (UTC +04:00)

Tanınmış teleaparıcı efirə qayıdır

0

Uzun müddətdir ki, teleməkandan uzaqlaşan məşhur aparıcı Yusif Ağayev efirə qayıdır.

"Qafqazinfo"nun məlumatına görə, 106 FM-də fəaliyyət göstərən aparıcı bu haqda "ATV maqazin" verilişinə açıqlamasında deyib:

"İllər sonra efirə qayıdıram. Verilişin adı "Saat 10-dan sonra"dır. Bir sıra rubrikalarımız var. Proqrama yaddan çıxmış aktyorları dəvət edəcəyik, şou-biznes aləmindən də qonaqlarım olacaq. İlk qonağım Zülfiyyə Xanbabayevadır. mən olan yerdə şou-biznes mütləıq olmalıdır".

Qeyd edək ki, Yusif Ağayev "ATV"də 2000-ci ildən 2011-ci ilədək "106 House" verilişinin aparıcısı olub. O, 2008-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 432

Oxşar yazılar