Türkiyənin tanınmış müğənnisi Əmrahın başına iş gəlib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ifaçının ailəsinə qonşuları bıçaqlı hücum edib. Hadisədən dərhal sonra müğənnin meneceri Engin Esen mediaya açıqlama verib:
“Əmrah İstanbulda olan zaman Bodrumdakı qonşuları onun həyat yoldaşı ilə ailəsinə bıçaqla hücum ediblər. Onlar Əmrahın evinə ziyan vurublar. Məsələ ilə əlaqədar polisə müraciət edilib. Faktla bağlı araşdırmalar aparılır”.