Həyat yoldaşı Olivye Martinesdən yenicə boşanan 46 yaşlı aktrisa Holli Berri ilk dəfə ayrılmasından danışıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Hollivud ulduzu boşanmanın təsirindən necə çıxmasından bəhs edib:
“Məndə hər şey yaxşıdır. Bunun da sirri ondadır ki, insan gərək özünü pis hadisələrin çərçivəsinə salmasın. Bu, stressdən qaçmağın ən yaxşı yoludur”.
Qeyd edək ki, Holli Berri ilə Olivye Martinesin Maseo adlı 2 yaşlı oğlu var.