Sərdar Ortaç hakim qarşısına çıxacaq
03 noyabr 2015 22:32 (UTC +04:00)

Sərdar Ortaç hakim qarşısına çıxacaq

“Twitter” sosial şəbəkəsində müğənni Sərdar Ortaçı təhqir edən Mehmet H.D. adlı şəxsin məhkəməsi keçirilib.

 

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçının vəkili istifadəçinin 4 aydan 2 il 8 ayadək həbsini tələb edib. Günahkar isə əslində müğənni Sərdar Ortaçı təhqir etmədiyini, ona bənzəyən dostuna söz atdığını bildirib: “Mən G.Y. adlı dostumu nəzərdə tutaraq həmin tviti yazmışdım. Çünki dostum Sərdar Ortaçı çox sevir və ona bənzəyir. Ona “Sərdar Ortaç” ləqəbi qoymuşuq. G,Y.-nin də məhkəməyə gətirilməsini və dinlənilməsini istəyirəm. Onu görərkən bənzərliyi özünüz də hiss edəcəksiniz. Belə bir hadisənin içinə düşdüyüm üçün çox peşmanam”.

 

Qeyd edək ki, məhkəmə prosesinə qatılmayan müğənni Sərdar Ortaçın da hakim qarşısına çıxmasına qərar verərək işi martadək təxirə salıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 253
avatar

Oxşar yazılar