Mərhum müğənni Maykl Ceksonun atası Co Cekson dünən Braziliyanın San Paulu şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumata görə, 87 yaşlı musiqi prodüseri şəkərli diabetdən əziyyət çəkdiyi üçün insult keçirib. O, yeni rəfiqəsi ilə vaxt keçirərkən ağrıları tutub və halı pisləşib. Həkimlər Conun beyninə qan sızmasını də istisna etməyiblər.
Hazırda həkimlər və Cekson ailəsinin üzvləri ölüm ayağında olan Conu ABŞ-a köçürmək üçün ortaq nəticəyə gəlməyə çalışırlar.
Xatırladaq ki, Co Cekson "Jackson 5" qrupunun, Canet Cekson və Maykl Ceksonun karyeralarını qurmaqda onlara kömək edib. Maykl müsahibələrində hər zaman deyirdi ki, atası uşaqların tərbiyəsi ilə ciddi məşğul olmaq üçün onlara qəddar münasibət bəsləyib davamlı döyürmüş.
Pop kralının 2009-cu ildə ölümündən sonra onunbütün mirası anasına, uşaqlarına və xeyriyyə fonduna getdi. Atası Co isə heç bir şey almamışdı.

Maykl Ceksonun atası ölüm ayağındadır
Oxşar yazılar

Günayın yay keyfi - VİDEO
3 iyul 2025 , 12:03
Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
3 iyul 2025 , 10:29
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi
2 iyul 2025 , 16:39
Bu məşhurlar Bakıya gələ bilməyəcək - Siyahı
2 iyul 2025 , 12:34
"Məndən əvvəl başqa qız olduğunu bildim" - 29 yaşlı model Yamalla münasibətindən DANIŞDI
2 iyul 2025 , 11:08
Günay İbrahimlinin daha bir SİRRİ açıldı
2 iyul 2025 , 09:35
"Məndən bir də borc istəməyin" - Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu
1 iyul 2025 , 14:54