“Facebook”un yaradıcısı Mark Zukerberq istifadəçiləri Yeni il münasibətilə təbrik edib.
Axşam.az-ın məlumatına görə, həyat yoldaşı Prisçilla Çan və qızı Maksla fotosunu paylaşan Mark yazıb:
“Hamınıza 2016-cı ildə xoşbəxtlik, sağlamlıq arzu edirəm. Dünya yeni dəyişikliklərə və imkanlara güc sərf etdikcə, bizim hər birimiz inkişaf etmək və bütün günlərimizi dəyərləndirmək üçün özümüzdə cəsarət tapa bilərik”.