Tanınmış bolqarıstanlı müğənni Azis yenidən Bakının qonağı olacaq. Lent.az-ın məlumatına görə, bu barədə təşkilatçı Samir Xəttab bildirib. O deyib ki, Azis dekabrın 19-da paytaxt məkanlarının birində səhnəyə çıxacaq. Biletin qiyməti isə 20-150 AZN arasındadır.
Qeyd edək Azisin ilk Bakı konserti bu ilin iyul ayında baş tutub.