Azəri Günel ikinci dəfə nişanını qaytarıb?
27 oktyabr 2015 14:59 (UTC +04:00)

Azəri Günel ikinci dəfə nişanını qaytarıb?

Müğənni Azəri Günel  30 yaşını Türkiyədə təmtəraqlı şəkildə qeyd edib. Lent.az-ın məlumatına görə, ifaçının xoş gününə ailə üzvlərindən savayı 100-ə yaxın dostu da yığışıb. Özəl günündə dostları ilə birgə çəkilmiş şəkillərini sosial şəbəkədə paylaşan Günel onu təbrik edənlərə minnətdarlığını da bildirib.

Ad günündə diqqət çəkən məqamlardan biri isə nişanlısı, türkiyəli iş adamı İnanc Başəyməzin gecədə iştirak etməməsi olub.Yayılan məlumatlara görə, Günelin nişanlısından ayrıldığı bildirlir. Bu xəbəri isə müğənni nə təsdiq, nə də təkzib edib.

 

Xatırladaq ki, cütlük 2011-ci ildən nişanlanıb. Lakin G.Zeynalova 2014-ci ildə ayrıldıqlarını bildirsə də, sonradan barışdıqlarını açıqlamışdı.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 474

Oxşar yazılar