Türkiyədə fəaliyyət göstərən azərbaycanlı dizayner Rüfət İsmayıl oktyabrın 14-də “Yaz-Yay 2016” kolleksiyasını İstanbulda nümayiş etdirəcək. Lent.az-ın məlumatına görə, “Fashion Week” çərçivəsində keçirilən gecəyə Türkiyənin tanınmışları Gülşən, Ozan Çolakoğlu, Pamir Pekin, Ozge Ulusoy və Türkiyənin “Eurovision-2012” təmsilçisi Can Bonomo fəxri qonaq kimi dəvət olunub: “Bu şahanə bir tədbir olacaq, dünyanın bir çox məşhur dizaynerləri bu tədbirə qatılacaq. Defile zamanı Ozan Colakoğlu və Can Bonomo öz ifalarını təqdim edəcək. Bundan başqa İstanbulda Nişantaşında yeni mağazamın açılışı olub”.
Qeyd edək ki, R. İsmayıl kolleksiyaları bu günə qədər İtaliyada, İranda, Türkiyədə və BƏƏ-də nümayiş olunub.