İstanbulda fəaliyyət göstərən azərbaycanlı dizayner Rüfət İsmayıl Türkiyənin bir çox tanınmışlarını bir araya yığıb. Lent.az-ın məlumatına görə, tanınmış dizayner dükanının sərgisinə Türkiyənin tanınmış modelləri Tülin Şahin, Ceyran Çapa, dizaynerləri Emel Yıldırım, Şəbnəm Çapa, aparıcı Gizəm Hatipoğlu, müğənni Mehmed Davranı çağırıb.
Onu da əlavə edək ki, həmin gecədə Türkiyə şou-biznesinin yadda qalan simalarından olan Reyhan Qekson, idmançılar Hakan Hatiboğlu və Cagan Atakan da iştirak edib.
Qeyd edək ki, R. İsmayıl kolleksiyaları bu günə qədər İtaliyada, İranda, Türkiyədə və BƏƏ-də nümayiş olunub.