“ABBA”-nın royalı auksiona çıxarıldı
28 avqust 2015 23:15 (UTC +04:00)

“ABBA”-nın royalı auksiona çıxarıldı

Məşhur İsveç qrupu “ABBA”-nın bir çox hitlərinin ifa edildiyi royal sentyabrın 29-u Londonda auksiona çıxarılacaq.

 

Lent.az-ın “trend”-ə istinadən məlumatına görə, bu royalda qrupun “Waterloo”, “Dancing Queen” və “Money, Money, Money” kimi məşhur mahnıları ifa olunub. Alətin 928 min – 1,2 milyon dollara satılacağı gözlənilir.

 

“Sotheby” auksion evinin ekspertlərinin qiymətləndirməsinə görə, royala görə daha böyük məbləğ almaq olar. Çünki “ABBA” ilə əlaqəsi olan əşyalar nadir halda auksiona çıxarılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 352

Oxşar yazılar