Müğənni Xatun mərhum həmkarı Rəhim Rəhimli haqda paylaşımı ilə diqqət çəkib.
Lent.az xəbər verir ki, o, "Instagram" hesabında ifaçının məzarından foto paylaşaraq bu sözləri yazıb:
"Sənin də vaxtsız gedişin məni çox yandırdı. 40 gün də belə keçdi, eh həyat... Amansız əcəl heç kəsin gözünün yaşına baxmır. Allah sənə rəhmət eləsin. Yerin cənnət, ruhun şad olsun, sənətkar".
Qeyd edək ki, bu ilin sentyabrında Rəhim Rəhimli 46 yaşında yaşadığı mənzildə kəskin ağciyər və ürək çatışmazlığından vəfat edib.