Türkiyənin məşhur aparıcısı Armağan Çağlayanda xərçəng xəstəliyi aşkarlanıb.
Lent.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat verib. Jurnalist bildirib ki, ağciyərində xəstəlik aşkar edilib:
"Müayinə zamanı ağciyərimin bir bölgəsində şiş aşkar edilib və edilən müayinələrin nəticəsində bu gün həmin şişin yüksək ehtimalla bədxassəli olduğu üzə çıxıb".
Qeyd edək ki, 56 yaşlı Armağan Çağlayan hazırda "YouTube" kanalında müsahibələr yayımlayır.