Onlar kamera önündə, səhnədə gülümsəsələr də, şəxsi həyatlarında hər şey istədikləri kimi alınmayıb. Bəziləri nişan mərhələsində yollarını ayırıb, bəziləri isə böyük ümidlərlə qurduqları ailəni qoruyub saxlaya bilməyib. İllər keçsə də, onların ayrılıqları hələ də şou-biznesin ən çox müzakirə olunan mövzuları sırasında qalır.
Lent.az evlilik həyatı boşanma ilə nəticələnən azərbaycanlı məşhurların siyahısını təqdim edir:
Aygün Kazımova
Müğənninin ilk həyat yoldaşı İlqar İbrahimov olub. Onlar 1989-cu ildə ailə qurublar, 1990-cı ildə qızları İlqarə dünyaya gəlib. Cütlük 1991-ci ildə ayrılıb.

Lalə Məmmədova
Müğənni keçmiş həyat yoldaşı İlham Qafarovla 2004-cü ilin aprel ayında ailə qurub. Cütlüyün Nərgiz və Çinara adlı iki qızı var. 2013-cü ildən ayrılıblar.

Xumar Qədimova
Müğənni erkən yaşda ailə həyatı qurub. Bu evlilikdən onun Uğur adlı oğlu dünyaya gəlib. Bir müddət sonra Xumar xanım həyat yoldaşından ayrılaraq oğlu ilə tək yaşamağa qərar verib.
Nura Suri
Məlumata görə, müğənni üç dəfə ailə qurub. Onun Xosrov, Möhsen və David adlı üç oğlu var.

Elçin Cəfərov
Müğənni Xalq şairi Sabir Rüstəmxanlının qızı Aydan Rüstəmxanlı ilə 2016-cı ildə ailə həyatı qurub. Cütlük 2024-cü ildə boşanıb. Onların birgə nikahdan bir oğlan övladları var.
![]()
Oksana Rəsulova
Rəqqasə-aktrisa 3 dəfə ailə qurub. Birinci həyat yoldaşı Rusiya vətəndaşı olub. İkinci dəfə reper Elşad Xose ilə evlənib. Məlumatlara görə. cütlük reperin şiddət göstərməsi səbəbilə yollarını ayırıb.
O, üçüncü dəfə dostu Şəhriyar Əbilovla evlənib. Bu evlilikdən Osman adlı oğlu dünyaya gəlib. Lakin üçüncü evlilik də uzun sürməyib və ayrılıblar.

Lətifə Soyuöz
Vokal, opera və rok ifaçısı Lətifə Soyuöz 2009-cu ildə Deniz Soyuöz adlı türkiyəli iş adamı ilə evlənib. Mətbuatda yayılan məlumatlara görə, keçmiş həyat yoldaşının ona bir neçə dəfə xəyanət etməsi cütlüyün evlilik həyatının bitməsinə gətirib çıxarıb. Onların bu evlilikdən 2014-cü ilin dekabr ayında Arif adlı oğulları dünyaya gəlib.

Rəqsanə İsmaylova
Müğənni gənc yaşlarında ailə həyatı qurub və bu evlilikdən Aysun adlı qız övladları dünyaya gəlib. Müğənni hazırda iş adamı Fazil Əmiraslanov ilə evlidir. Bu, onun həyatında rəsmi olaraq sayca üçüncü nikahıdır. O, 5 övlad anasıdır.
Qeyd edək ki, R.İsmayılovanın müğənni qızı Aysun İsmayılova da iki dəfə boşanıb. Onun vəkil Ramil Vəliyevlə qurduğu ikinci evliliyindən Sevgi adlı qız övladı var. Cütlük 2025-ci ildə boşanıb.

Sevda Ələkbərzadə
Əməkdar artist Sevda Ələkbərzadə 2014-cü ildə Cənubi Azərbaycandan olan iş adamı Kamiyarla ailə həyatı qurub. Cütlük 2016-cı ildə boşanma qərarına gəlib.
Müğənni açıqlamalarının birində deyib ki, keçmiş əri xaricdə yaşayır, özünün isə işləri Azərbaycandadır. Bu səbəbdən onlar ayrılıq qərarına gəlib.

Tünzalə Ağayeva
Müğənni 21 yaşında rejissor Rəhman Əliyevlə ailə həyatı qurub. Bu evlilikdən onun Fidan adlı bir qızı dünyaya gəlib. Ancaq bir müddət sonra o, həyat yoldaşından ayrılıb.
Elza Seyidcahan
O da boşanan məşhurlardandır. Bir dəfə rəsmi ailə quran müğənninin həmin evlilikdən Ələkbər adlı oğlu, Gülşən adlı qızı var.

Elton Hüseynəliyev
Müğənni 2015-ci ildə prodüser həyat yoldaşı Toma ilə yollarını rəsmən ayırdığını açıqlayıb. Onların birgə nikahından 2 qız övladları var.

Kərim Abbasov
İlk həyat yoldaşı, prodüser Təranə Səmədova ilə 2008-ci ildə evlənib və daha sonra qalmaqallı şəkildə boşanıblar. O, ikinci dəfə Təranə adlı xanımla ailə həyatı qurub və bu evlilikdən Yusif adlı bir oğlu var.

Aysel Teymurzadə
“Avroviziya“ təmsilçimiz Aysel Teymurzadə 2012-2024-cü illərdə Filarmoniyanın direktoru Murad Adıgözəlzadə ilə ailəli olub. Cütlük ötən il boşanıb.

Xatun
1994-cü ildə, 11-ci sinifi bitrdikdən sonra ailə həyatı qurub. 5 il evli qalan Xatunun bu evlilikdən 1 oğlu var.
