Məşhur aktrisa Camila Camil Ehlers-Danlos sindromuna görə dartılan dərisini izləyicilərinə göstərib.
Lent.az xəbər verir ki, britaniyalı ifaçı yanaqlarını dartaraq uzanan dərsini videoya çəkib və “Tik-Tok” hesabında paylaşıb.
Kadrlarda Camila əlləri ilə yanaqlarını dartıb və dərisi xeyli uzanb. “İlahi, bu, proqram və ya effekt deyil, mənim üzümdür. Dərimə baxın”, – deyə aktrisa çarəsizcə deyib.
Camilanın sözlərinə görə, doqquz yaşında ona Ehlers-Danlos sindromu irsi xəstəlik – diaqnozu qoyulub. Bu cür nadir xəstəliyə görə, oynaqlarda və toxumalarda kövrəklik özünü büruzə verir.