Rəqsanənin konserti təxirə salındı: 12 manata da bilet SATILMADI
13 fevral 2023 15:07 (UTC +04:00)

Rəqsanənin konserti təxirə salındı: 12 manata da bilet SATILMADI

Müğənni Rəqsanə İsmayılovanın Tbilisidə sabah baş tutmalı olan konserti təxirə salınıb.

Lent.az-ın məlumatına görə, o, konsertin martın 11-də keçiriləcəyi barədə elan verib. 

Xatırladaq ki, Rəqsanə İsmayılovanın konserti iki min tutumu olan Tbilisi Konsert Zalında keçirilməli idi. Hələ bir ay əvvəldən biletlər satışa çıxarılsa da, lazımi qədər satılmayıb. 

Onu da qeyd edək ki, Lent.az-ın müxbiri təşkilatçılara zəng vuraraq biletin qiymətinin 12 manat olduğunu öyrənmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6973

Oxşar yazılar