"Vəkil də tutmuşam və Yağmurun atasını tanımasına heç birimiz etiraz etmirik. Atası ilə danışmamışam, ancaq məhkəməyə müraciət etmişəm. İstəyirəm ki, hər şey qanunla həll olunsun".
Lent.az xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova "Zaurla Günaydın" proqramında deyib. O, kiçik qızı Yağmurun bioloji atasını məhkəməyə verdiyini açıqlayıb:
"Kiçik qızım Yağmurun artıq 14 yaşı var. Bir gün mənə dedi ki, nəsil-kökümü, atamı tanımaq istəyirəm. Fazil müəllimlə (həyat yoldaşı) məsləhətləşdim. Dedi ki, nə olsun mən onu böyütmüşəm, soyadımı vermişəm. O, onun haqqıdır. Biz ilk gündən belə bir qayda qoymuşuq ki, o, evə gəlməsə, heç birimiz süfrə arxasında əyləşib yemək yemirik. Fazilə dedim "istəyirəm ki, Yağmurun bu istəyini bərabər yerinə yetirək". Vəkil də tutmuşam və Yağmurun atasını tanımasına heç birimiz etiraz etmirik. Əsas qızım üçün rahat olsun və istəyirəm ki, hər şey qanunla həllini tapsın. Gələn həftə məhkəmə vasitəsilə DNT analizləri keçiriləcək və məsələ həll olunsun. Niyə mən onu gizlədim, danım, başqa şeylər deyim?".
Müğənni "Atası qəbul etmirdi qızını?" sualına isə belə cavab verib:
"Əvvəl qəbul etmirdi. Sonradan iki dəfə görüşdük. Fazil bəyin vasitəsilə qəbul etdi".
Qeyd edək ki, Rəqsanə İsmayılova müsahibələrinin birində "Əslində hamı çox yaxşı bilir ki, qızımın atası kimdir. Sadəcə, heç kimin hünəri çatmır ki, bunu açıqlasın. O, adam şou-biznesdədir, amma müğənni deyil. Baxmayaraq ki, həmin adamın gəliri mənimkindən azdır, amma arxa-dayağa ehtiyacım var. Bu gün atası qızı ilə maraqlanır. Onunla münasibətlərim normaldır", - deyə, o bildirsə də, bunu hazırki müsahibəsində təkzib edir.
Daha ətraflı videoda: