QALMAQAL  – “Şirkəti talayıblar, pulları sovurublar” - Müşviq Şahverdiyev
19 yanvar 2023 15:23 (UTC +04:00)

QALMAQAL – “Şirkəti talayıblar, pulları sovurublar” - Müşviq Şahverdiyev

Tanınmış aktyor Müşviq Şahverdiyev “Cinemazadeh” şirkət ilə yaşadığı qalmaqala aydınlıq gətirib. 

Aktyor Lent.az-a verdiyi açıqlamada şirkətin xeyli pul mənimsədiyini iddia edib. O bildirib ki, yanvarın 27-i baş tutacaq məhkəmədə hakimə bütün dəlilləri təqdim edəcək:

“Məhkəməmiz 27 yanvarda olacaq. Əlimizdə kifayət qədər dəlillər var. Onların mənimlə iki müqaviləsi olub: film və serial. Serialla bağlı birillik müqavilə bağlamışdıq. Müqavilədəki bəndlərin hamısı məhkəmədə onların qarşısına qoyulacaq. Onlar məni bir il müddətində məşğul edib, pulumu tam ödəməyiblər. Bundan başqa, şirkət tərəfindən film üçün 25 min manata yaxın avans ödənilib. Amma filmi çəkməmisiniz axı. Gülməli tərəfi bilirsiniz harasıdır? Siz filmi çəkməyə başlamısınızsa, məkanları məşğul edirsinizsə, mən gəlmirəmsə, həmin an niyə vermədiniz məhkəməyə? Niyə 2023-cü ildə ayılımısınız ki, verdiyiniz avansı geri istəyəsiniz? Məni məşğul edən, filmi çəkməyən sizsiniz. Şirkəti talayıblar, pulları sovurublar. Bilmirlər yedikləri, mənimsədikləri pulların yerini doldurmaq üçün kimdən nə qopardalar. Boş-bekar adamlardır. İnşallah, hakim işə düzgün baxacaq və doğru qərar veriləcək. İnanıram ki, hər şey bizim xeyrimizə olacaq”. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5262
avatar

Nigar Namiq

Oxşar yazılar