Aktyor və komediyaçı Pit Devidson yeni layihəsinin çəkilişləri zamanı tamamilə fərqli görünüşdə kameraya tuş gəlib.
Lent.az xəbər verir ki, bu barədə People məlumat yayıb.
Devidson Bruklində “Tommy Karate” layihəsinin çəkilişləri zamanı yeni saç düzümü və mavi kontakt linzalarla görüntülənib. Aktyorun yeni görünüşü sosial şəbəkələrdə diqqət çəkib.
Onun görünüşündəki dəyişiklik yeni film və ya serialdakı obrazı ilə bağlıdır. Layihənin detalları tam açıqlanmasa da, çəkiliş meydançasından yayılan görüntülər artıq pərəstişkarların marağına səbəb olub.