ABŞ-da çalışan rusiyalı model İrina Şeyk və Hollivud aktyoru Bredli Kuper gecə gəzintisində birlikdə görüntülənib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, onları Nyu-Yorkda görüblər.
Gəzinti üçün podium ulduzu qara şalvar, zolaqlı jumper və boş gödəkçə seçib. O, saçlarını aşağı salıb və görünüşünü futuristik eynəklərlə tamamlayıb.
Kuper qısa tünd mavi paltoda, cins şalvarda və əlində termosda görünüb.
Xatırladaq ki, cütlüyün ortaq qızı Leya var. 2019-cu ildə onlar bir neçə illik münasibətdən sonra ayrılıblar. Amma indi məlum olub ki, ulduz cütlük yenidən romantik münasibətlərə başlayıb.