Nişanlandığını elan etdi, sonra da "Instagram" hesabını sildi
15 sentyabr 2021 07:43 (UTC +04:00)

Nişanlandığını elan etdi, sonra da "Instagram" hesabını sildi

Amerikalı pop müğənni Britni Spirs 14 sentyabr axşamı “Instagram” hesabını silib.

Lent.az xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.

Məlumata görə, sənətçi uzun müddətdir sosial şəbəkədən ayrılmaq niyyətində olub və “bu qərarı özü verib”.

Bundan bir neçə gün əvvəl Spirs və sevgilisi – model Sem Asqari nişanlandıqlarını elan etmişdilər.

# 6216
avatar

Oxşar yazılar