“Məndən öncə bir sənət adamı olub ki, o gözəl xanım neçə illərdir efirdə idi. Allah rəhmət eləsin. Heç o gərək mənimlə münaqişəyə girməzdi”.
Lent. az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva verilişlərin birində qonaq olarkən, deyib. O, mərhum müğənni İlhamə Quliyeva ilə arasındakı münaqişəyə illər sonra aydınlıq gətirib:
“Münaqişəni sevmirəm, amma o şeylər gərək, olmayaydı. Şəxsən mən o xanımın yerinə olsaydım, heç vaxt sənətə yeni gəlmiş biri ilə münaqişə etməzdim. O, artıq uzun illər boyu sözünü demiş sənətkar idi. Mən isə səhnəyə yenicə çıxmış bir gənc idim. Mənimlə nə söz-söhbəti ola bilərdi ki?”.
Aparıcının “bəlkə rəqibi kimi görürdü sizi?” sualına isə müğənni belə cavab verib:
“Mən onu rəqib kimi görməzdim. Çünki 30 ildir səhnədə sözümü demişəmsə, yeni çıxan bir müğənnini heç vaxt özümə rəqib görməzdim”.