Tanınmış meyxana ifaçısı Samirə Yusifqızı ailə qurmağa hazırlaşır.
Lent.az xəbər verir ki, o, bu barədə "Elgizlə izlə" verilişində açıqlayıb. İfaçı aparıcının "Elə mən gözümü açandan sən ailə qurursan" deməsinə "Ailə qurmaq ayıbdır ki?" - cavabını verib:
"Birincisi, Məhəmməd peyğəmbər insanlara mesaj göndərilib ki, tək qalmaq olmaz. Təklik Allaha məxsusdur. Hər bir insan 6 aydan artıq həyat yoldaşı olmadıqda ailə qurmalıdır. İnsana dəstək lazımdır. Həm fiziki, həm mənəvi cəhətdən. İkincisi, ailə qurmaq heç vaxt ayıb deyil. Ayıb ailəsi ola-ola gedib başqa biri ilə bərabər olmaqdır, namusunu satmaqdır. Yaxud nişanlı ola-ola nişanlısını qoyub qaçmaqdır. Ailə qurmaq nə vaxtdan ayıbdır ki?"
Qeyd edək ki, Samirə Yusifqızı bir dəfə ailəli olub, boşanıb. Onun 2 övladı var.