Məşhur aktrisa Demet Özdemir və müğənni Oğuzhan Koç haqqında ayrılıq iddiası irəli sürülüb.
Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, cütlüyün aralarındakı fikir ayrılığı səbəbiylə ayrıldıqları iddia edilib.
Mətbuatda yayılan xəbərdən sonra Özdemir ayrılma iddialarına qısa müddət ərzində cavab verib. Gözəl aktrisa “Bizim bundan xəbərimiz yoxdur, amma…”, deyərək şayiələri təkzib edib.
Təxminən, 4 il birlikdə yaşadığı aktrisa Yağmur Tanrısevsinlə ayrıldıqdan sonra müğənni "Eşqdən incimədim, heç eşqdən inciyərlərmi? Həyat davam edir", sözlərini demişdi. 2019-cu ilin oktyabrında Yağmur Tanrısevsinlə ayrılan Koç, bir ay sonra Demet Özdemir ilə Emirganda görüntüləndi. Eyni yerdən çıxmalarına baxmayaraq, Demet Özdemir az sonra yolda taksidən enərək Koçun maşınına minib. Daha sonra müğənninin Beykozdakı evinə birlikdə girdikləri görüntülənib. Bu hadisələrdən sonra Yağmur Tanrısevs yaxın dostu Demet Özdemiri sosial mediada izləməsindən çıxarıb. Bütün bu olanlar xəyanət iddialarını da ortaya atmışdı.
Aktrisa Demet Özdemir və müğənni Oğuzhan Koç
Aktrisa Demet Özdemir və müğənni Oğuzhan Koç
Aktrisa Demet Özdemir və müğənni Oğuzhan Koç
Aktrisa Demet Özdemir və müğənni Oğuzhan Koç