Mərhum müğənni Kayahanın qızı Beste Açar açıqlaması ilə gündəmə gəlib.
Lent.az "axşam.az"a istinadən xəbər verir ki, B.Açar atasının keçmiş həyat yoldaşı İpək Açarın yenidən evləndikdən sonra hələ də Açar soyadını istifadə etməsinə üsyan edib:
"İki soyad istifadə etmək istəyirsə, qızlıq soyadı var. İki həyat yoldaşının soyadını arxa-arxaya istifadə etmək dünyada ilkdir".
Qeyd edək ki, Kayahan 2015-ci ildə vəfat edib, İpek Açar isə 2019-cu ildə yenidən ailə həyatı qurub.