İrandan konsert dəvəti gəlsəydi, məşhurlarımız nə deyərdi? – MARAQLI CAVABLAR
01 fevral 2023 16:48 (UTC +04:00)

İrandan konsert dəvəti gəlsəydi, məşhurlarımız nə deyərdi? – MARAQLI CAVABLAR

İranda baş verən son hadisələr - qadınların başlatdığı etiraz aksiyalarının davam etməsi, Azərbaycanın İrandakı səfirliyinə xaincəsinə hücum edilməsi, İranın daxilində gedən proseslər Azərbaycanlı məşhurların da diqqətindən yayınmır desək, yanılmarıq. 

Məşhurların demək olar ki, çoxu İranda yaşayan azərbaycanlıların halına yandıqlarını, onların yaşadıqlarını hiss etdiklərini ifadə edirlər. Bəs, maraqlıdır, onlara təklif gəlsəydi, azərbaycanlı məşhurlar İranda konsert verərdilərmi?

Lent.az bir neçə məşhur arasında sorğu keçirib. Görək, şou-biznes əhli nə fikirdədir?

Xalq artisti Brilliant Dadaşova məmnuniyyətlə İranda daha doğrusu Cüney Azərbaycanda  azərbaycanlıların qarşısında çıxış etməyə hazır olduğunu deyib:

“Əvvəla, onu deyim ki, otuz il bundan əvvəl oxuduğum “Azərbaycan deyilmi” mahnımda Azərbaycanın o tayı və bu tayı haqqında söz açmışam. Soydaşlarımızın yanındayam. Əlbəttə, onların qarşısında da çıxış edərəm. Allah güneyli soydaşlarımızı qorusun. Çünki xalqımız çox əziyyət çəkib. Cənubi Azərbaycanda yaşayan xalqımızın məktəbi yoxdur, öz doğma dillərində belə təhsil ala, danışa bilmirlər. 
Nənəm deyirdi ki, bizim Rəşt şəhərində bağlarımız olub. Deyirdi ki, bağlarımızda yetişən armudlardan şirə axırdı. Uşaqlıqdan Rəşti görmək istəyirdim, ancaq heç gedib görmək qismət olmayıb. Ümid edirəm ki, nənəmin söylədiyi yerləri görmək mənə qismət olacaq”.

Xalq artisti Tünzalə Ağayeva da İranda azərbaycanlılara konsert vermək istədiyini söylədi:

“Böyük məmnuniyyətlə dəvət alsaydım, Güney Azərbaycanda soydaşlarımızın qarşısında konsert verərdim. Söhbət toydan, məclislərdən getmir. Tədbirlərə dəvət etsəydilər, təbii ki, Güney Azərbaycanda çıxış edərdim”.

Əməkdar artist Xumar Qədimovanın isə bizə cavabı fərqli oldu:

“İranda tədbirlərə dəvətlər çox olub. Ancaq “yox” demişəm. İstəmərəm. Bunun da səbəbləri çoxdur”.

Müğənni Şəbnəm Tovuzlu İranda azərbaycanlılara konsert vermək istəmədiyini deyib:

“Düzü, təkliflərimiz olub, ancaq qəbul etməmişik. Heç konsert verməyə İranda nəinki qadın sənətçilərə, heç kişi müğənnilərə əngəl törədirlər. Biz də elə problemli məsələnin üzərinə getmirik”.

Meyxana ifaçısı Samirə Yusifqızı isə Lent.az-a açıqlamasında bu mövzu ilə bağlı fikirlərini bildirdi:

“Hazırda proseslərin gərgin olduğunu bilirik. Ona görə təklif etsəydilər belə, getməzdim. Bilirsiniz ki, xüsusən Təbrizdə, Ərdəbildə və başqa şəhərlərdə azərbaycanlı soydaşlarımız çoxdur. Ümumiyyətlə, lap əvvəldən farsları sevməmişəm. Ona görə soydaşlarımıza zülm edirlər. Mənə bir milyon pul da versələr, əsla gedib İranda səhnəyə çıxmaram”.

Müğənni Damla da İranda konsert vermək istəmədiyini bildirdi:

“Orada sənətçilərin məclislərdə, tədbirlərdə çıxış etməsinə mane olurlar, icazə vermirlər. Dəvət edənlər çoxdur, amma yox. İranda çıxış etməzdim”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9387
avatar

Nigar Namiq

Oxşar yazılar

Beyons futbol oyununda çıxış edəcək

Beyons futbol oyununda çıxış edəcək

12 dekabr 2024 , 21:21
Dünyanın ən böyük yanaqlı qadını  açıq-saçıq geyimdə poza verdi

Dünyanın ən böyük yanaqlı qadını açıq-saçıq geyimdə poza verdi

12 dekabr 2024 , 19:19
Taylor Sviftdən dünya REKORDU

Taylor Sviftdən dünya REKORDU

12 dekabr 2024 , 17:42
Selena Qomes evlənir

Selena Qomes evlənir

12 dekabr 2024 , 13:22
Şahzadə Diananın MODA HİYLƏSİ

Şahzadə Diananın MODA HİYLƏSİ

12 dekabr 2024 , 10:20
Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

11 dekabr 2024 , 23:03
Məşhur rəqqasənin adından dələduzluq  edildi

Məşhur rəqqasənin adından dələduzluq edildi

11 dekabr 2024 , 22:07
"Eurovision 2025"də yeni sərt qaydalar  tətbiq olundu

"Eurovision 2025"də yeni sərt qaydalar tətbiq olundu

11 dekabr 2024 , 21:47