İfaçıdan zəlzələ paylaşımı: "Balkona çıxıb aşağı tullandıq"
13 fevral 2023 13:06 (UTC +04:00)

İfaçıdan zəlzələ paylaşımı: "Balkona çıxıb aşağı tullandıq"

Türkiyənin İstanbul şəhərindən köçüb kənddə təbiətin qoynunda yaşayan musiqiçi, rok ifaçısı Ceylan Ertem paylaşımı ilə diqqət çəkib.

Lent.az xəbər verir ki, o, “Twitter” hesabında zəlzələ barədə paylaşım edib. 

“ 1999-cu ildə baş verən zəlzələdə ətrafımızda bütün binalar çökmüşdü. Bizim binada qapılar açılmadığı üçün balkona çıxıb aşağı tullanmışdıq. Azmərtəbəli və möhkəm bina idi deyə, yıxılmadı, ay dostlar. Bunun başqa açıqlaması yoxdur. 

“Ceylan Ertemin kənd həyatı” – başlığı ilə xəbərlər çıxıb. Niyə şəhərin ortasında yaşamıram? Ən önəmli səbəblərdən biri əslində 24 il keçməsinə baxmayaraq bu narahatlığın keçməməsidir. Əgər bizim binamızın tikilməsində materialları əskik vurulub, çoxmərtəbəli olsaydı, bəlkə də o binalar çoxdan çökmüşdü. O binalar bizim binamıza bitişik tikilsəydi, indi aranızda olmayacaqdım. Buna qismət, tale və s. deyə bilmərik. Buna şans da deyə bilmərik”. 

Qeyd edək ki, son məlumatlara görə, Türkiyədə baş verən zəlzələdə ölənlərin sayı 30 minə çatıb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3840
avatar

Nigar Namiq

Oxşar yazılar