Türkiyənin məşhur müğənnisi Bülənt Ərsoy Azərbaycanda konsert verəcək.
Lent.az xəbər verir ki, bir neçə gün əvvəl Bakıda 31 dekabrda səhnəyə çıxacağı barədə məlumat yayan "diva"nın konsertdən əldə edəcəyi məbləğ də məlum olub.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, o, 1,8 milyon türk lirəsi (təxminən 164 min manat) qonorar əldə edəcək. Bu, ifaçının Bakıya ilk gəlişi olacaq.
Xatırladaq ki, o, 2020-ci ildə karantin səbəbi ilə Bakıda çıxış edə bilməyib.