Dünya şöhrətli müğənni Britni Spirs yeni paylaşımı ilə diqqətləri üzərinə çəkib.
Lent.az xəbər verir ki, "Instagram" hesabında paylaşdığı videoda ifaçı qəribə hərəkətlər edir.
“Qremmi” mükafatı laureatı olan Britni özünə tikdiyi paltarları göstərib. O, hansı səbəbdənsə paylaşımın şərh bölməsini bağlayıb.
"Beləliklə, uşaqlar, keçən həftə bir paltar tikdim. Özümlə həqiqətən fəxr etdim. Arxasında almaz fermuarı da var. Bir dostum tikməyə kömək etdi. İnana bilmirəm", - müğənni qeyd edib.
Paltarları əynində tutaraq ora-bura qaçışan Spirs deyib ki, səhifəsini qəfil silərsə, polisə deməyə ehtiyac yoxdur.
Videonu təqdim edirik: