Rəhim Rəhimli
09 noyabr 2022 13:32 (UTC +04:00)

Rəhim Rəhimli

Brilliant Dadaşova Rəhimin dəfninə getməməsinin səbəbini AÇIQLADI

Xalq artisti Brilliant Dadaşova mərhum müğənni-bəstəkar Rəhim Rəhimlinin dəfn mərasiminə getməməsinin səbəbini açıqlayıb.

Lent.az xəbər verir ki, xalq artisti bu barədə iştirak etdiyi verilişlərin birində bildirib.

Brilliant Dadaşova Rəhim Rəhimlini axırıncı dəfə ölümündən 6 ay əvvəl gördüyünü bildirib:

“Onun dəfnində olmadım, çünki Bakıda deyildim. İnsanın gedib-getməməsiylə deyil. Qəlbimiz onunla döyünür. Sonuncu dəfə Rəhimi ölümündən altı ay əvvəl görmüşdüm, tanıya bilməmişdim, çox təəssüfləndim. O, çox istedadlı bir insan idi. Çox sevirdim onu. Musiqi duyumu, biliyi çox idi. Musiqiyə kənardan gələn bir insan deyildi. Heyif ki, Rəhim özünü qoruya bilmədi. Ruhu şad olsun”.

Xatırladaq ki, Rəhim Rəhimli sentyabrın 30-u ürəkçatışmazlığından vəfat edib.

# 5343
avatar

Oxşar yazılar