Çexiyalı 57 yaşlı supermodel Paulina Porizkova çimərlik geyimində fotosunu yayımlayıb.
Lent.az xarici mediaya istinadən bildirir ki, o, müvafiq şəkli İnstaqramda paylaşıb.
Fotonun başlığında Porizkova kişilərdən danışıb. “19 yaşım olanda gözəl saç düzümü olan biri mənim üçün kifayət idi. 53 yaşda, eyni kişi ilə 32 illik münasibətdən sonra, mənimlə maraqlanan hər kəs kifayətdir”, dedi.
Paulina Porizkova musiqiçi, “The Cars” qrupunun solisti Rik Okasek ilə evli idi. Onlar 1989-cu ildə evləniblər və 2019-cu ildə Porizkova Okaseki Nyu-Yorkdakı mənzilində ölü tapıb.