Tələbə anasını BIÇAQLADI  - YENİLƏNİB
09 iyul 2022 10:48 (UTC +04:00)

Tələbə anasını BIÇAQLADI - YENİLƏNİB

Ağdamda oğul anasını bıçaqlayıb.

Lent.az-ın APA-ya istinadən xəbərinə görə, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, iyul ayının 8-i saat 21:10 radələrində Ağdam rayon sakini Eltun Kərimov anası E. Kərimovanı münaqişə zəminində bıçaqla vuraraq müxtəlif bədən xəsarətləri yetirib.

Yaralı dərhal polis əməkdaşları tərəfindən Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Onun vəziyyəti qənaətbəxşdir. Keçirilmiş tədbirlərlə Eltun Kərimov saxlanılıb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanılaraq araşdırma aparılır.

***

10:10

Ağdamda oğul anasını bıçaqlayıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çəmənli kəndində qeydə alınıb.

Gəncə Dövlət Universitetinin ikinci kurs tələbəsi, 2000-ci il təvəllüdlü Eltun Kərimov qısqanclıq zəminində Ağdam rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyən anası, 1977-ci il təvəllüdlü Elnurə Kərimovanı bıçaqlayıb.

Yaralı rayon xəstəxanasına çatdırılıb.

Eltun Kərimov polis tərəfindən saxlanılıb, cinayət işi başlanılıb.

# 4731
avatar

Oxşar yazılar