Bakıda soyğunçuluq hadisəsi olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Sabunçu rayonu ərazisində X.Bağırova zor tətbiq edilib və 11000 manat pulu soyğunçuluq yolu ilə əlindən alınıb.
Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş A.Novruzzadə saxlanılıb.