Azərbaycanlı müharibə iştirakçısını silahla hədələyib maşının qiymətini endirdi
28 noyabr 2024 18:15 (UTC +04:00)

Azərbaycanlı müharibə iştirakçısını silahla hədələyib maşının qiymətini endirdi

Başqırdıstanın Kumertau şəhərində azərbaycanlı Ukraynada keçirilən xüsusi əməliyyat iştirakçısını tapança ilə hədələyərək avtomobilini ucuz qiymətə satmağı tələb edib.

Lent.az-ın Rusiya KİV-ə istinadla məlumatına görə, SVO-nun üzvü Vener Akçurov deyib ki, xüsusi əməliyyatdan qayıdandan sonra özünə 1,4 milyon rubla (təxminən 21 min manat) “Opel Astra GTC”, valideynlərinə isə mənzil alıb. Eyni zamanda avtomobili anasının adına rəsmiləşdirib və maşını özü idarə edib.

Bir müddət sonra o, maşını bəyənən azərbaycanlı Təbrizlə tanış olur. Təbriz onu 400 min rubla (təxminən 6 min manat) almağı təklif etsə də, lakin SVO üzvü razılaşmayıb. Daha sonra azərbaycanlı onu tapança ilə hədələməyə başlayıb və Akçurovu satış sənədlərini imzalamaq üçün anasının yanına getməyə məcbur edib. Məcburiyyət qarşısında qalan Akçurov satışa razı olub.

Hadisədən sonra zərərçəkən polisə şikayət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 801
avatar

Mehman Nəbiyev

Oxşar yazılar