Xızıda qətl hadisəsi olub.
Xızı rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, iyunun 1-də 51 yaşlı Bahar Mustafayevaya rayon ərazisində küt alətlə xəsarət yetirilməsi və aldığı xəsarətdən iyunun 5-də xəstəxanada ölməsi barədə məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əri Əbülfət Əliyev şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Bahar Mustafayevaya küt alətlə baş nahiyəsinə çoxsaylı xəsarətlər yetirib. Nəticədə o, aldığı xəsarətdən xəstəxanada ölüb.
Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda Əbülfət Əliyev ruhi-əsəb xəstəsi olması səbəbindən Psixiatriya Xəstəxanasının stasionarına yerləşdirilib.
İstintaq davam edir.