Azərbaycanda kəndlərdə kanalizasiya şəbəkəsi yaradılacaq
20 noyabr 2014 10:57 (UTC +04:00)

Azərbaycanda kəndlərdə kanalizasiya şəbəkəsi yaradılacaq

Azərbaycanda içməli suyun keyfiyyət standartı hazırlanacaq.  Lent.az-ın məlumatına görə, bu, 2014-2025-ci illəri əhatə edən “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı”nda nəzərdə tutulub. 

 

Əhalinin istifadə etdiyi məişət-içməli su üzərində dövlət nəzarəti də gücləndiriləcək. Mərkəzləşdirilmiş su təchizatı ilə əhatə edilməyən şəhərlərin,   qəsəbə və kəndlərin, digər yaşayış məntəqələrinin su təchizatı sistemlərinin yaradılacaq və yenidən qurulması üzrə tədbirlər həyata keçiriləcək.

Şəhərlərdə,   qəsəbə və kəndlərdə, digər yaşayış məntəqələrində kanalizasiya şəbəkəsinin yaradılacaq və yenidən qurulacaq. Bütün yaşayış məntəqələrinin çirkab sutəmizləyici qurğularla təchiz edilməsi üzrə tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulub.

Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədi ilə subartezian quyularının qazılması sahəsində müvafiq tədbirlər həyata keçiriləcək.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 641

Oxşar yazılar