Zaqatalada 47 yaşlı kişi öldürüldü
07 mart 2014 18:35 (UTC +04:00)

Zaqatalada 47 yaşlı kişi öldürüldü

0

Zaqatala rayonunda qətl törədilib.


 

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb. Rayonun Yuxarı Tala kənd sakini, 1967-ci il təvəllüdlü Elxan Mömin oğlu Teymurxanov ürək nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

 

Həkimlərin müdaxiləsinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

 

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1067

Oxşar yazılar