Xalq artisti Firəngiz Şərifova dünyasını dəyişdi - YENİLƏNİB
20 fevral 2014 12:55 (UTC +04:00)

Xalq artisti Firəngiz Şərifova dünyasını dəyişdi - YENİLƏNİB

Azərbaycanın xalq artisti, aktrisa Firəngiz Şərifova dünyasını dəyişib.


 

Aktrisanın nəvəsi Eldar Qasımovun APA-ya verdiyi məlumata görə, F. Şərifova bu gün səhər saatlarında dünyasını dəyişib. 

 

****

 

Lent.az-ın məlumatına görə, bu gün saat 14:00-da Teatr xadimlər ittifaqında F.Şərivovanın vida mərasimi keçiləcək.

Qeyd edək ki, Firəngiz Abbasmirzə qızı Şərifova teatr və kino rejissoru, xalq artisti Abbas Mirzə Şərifzadənin qızıdır. O, "Bayquş gələndə", "Bir ailəlik bağ evi", "Bizim küçənin oğlanları", "Dağlı çörəyi", "Ən vacib müsahibə" kimi filmlərdə rol alıb.
# 2824
avatar

Oxşar yazılar