Yanvarın 5-də saat 19 radələrində Suraxanı rayonunun Ramana qəsəbəsində Bakı şəhər sakini Kənan Vəliyev idarə etdiyi “JEEP” markalı avtomobillə yolu keçən paytaxt sakini Tural Mirhadıyevi vurub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə piyada hadisə yerində ölüb.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.